Ağcabədidə mağazada yanğın olub

11:58 | 13.08.2019
Ağcabədi rayonunda mağazada yanğın hadisəsi baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, rayon ərazisində ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib.
Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

www.anews.az
loading...

Xəbər lenti