İyunun 18-dən etibarən AccessBank "Pulu gətir, Polo götür" adlı əmanət kampaniyasına start verib. Kampaniya və ümumiyyətlə əmanətlərlə bağlı suallara AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova cavablandıracaq.
-
Günay xanım, maraqlı adı ilə seçilən kampaniyanın əsas özəlliyi nədədir?
- AccessBank olaraq biz
hər zaman çalışmışıq ki, kampaniyalarımız fərqli və müştərilər üçün faydalı
olsun. Hesab edirəm ki, bu kampaniyamız da əvvəlkilər kimi müştərilər üçün maraqlıdır.
Bunu bugünə olan nəticələrdən də görürük. Kampaniyamızın əsas məqsədi əmanətçilərə
yalnız faiz gəliri deyil, eyni zamanda avtomobil də qazanmaq imkanı verməkdir. Avqustun
31-dək AccessBank-da açılan əmanətlərin hər 5000 AZN məbləği müştərilərə keçirilən
lotereyada 1 iştirak hüququ verir. Yəni, 10 000 AZN əmanət açan müştəri 2
iştirak hüququ qazanacaq, və s. Lotereyanın əsas uduşu Volkswagen Polo
avtomobilidir. Lakin hədiyyələrimiz bununla bitmir. Bundan başqa, lotereyada
iştirak edən doqquz nəfər balansında 500 AZN olan Mastercard
Black Edition ödəniş kartına sahib olacaq.
- Kampaniya artıq bir aydan çoxdur başlayıb. Müştərilərin göstərdiyi
maraq gözləntilərinizi doğrulda bilib?
- Rəqəmlərin təhlili göstərir ki, kampaniya gözləntilərimizi
artıqlaması ilə doğruldur. Sevindirici haldır ki, paytaxtla yanaşı regionlardakı
müştərilərimiz də aktivliyi ilə seçilir.
Ümumiyyətlə, 2019-cu ildə AccessBank əmanətlərin cəlb edilməsində rekord nəticələr
əldə edib. Belə ki, bu ilin ilk yarısında əmanət portfelimiz 615 milyon manatı
ötüb ki, ötən ilin analoji dövrü ilə müqayisədə 114 milyon manatlıq artımdan xəbər
verir. Yeri gəlmişkən, bankın tarixində ilk dəfə olaraq portfelimiz bu səviyyəyə
yüksəlib.
- İlin əvvəlindən bazardakı
ümumi əmanət portfelinin kiçik artım nümayiş etdirdiyi bir vaxtda,
AccessBank-ın portfeli əhəmiyyətli dərəcədə artıb. Bunu nə ilə izah edə bilərsiniz?
- Artıq uzun müddətdir bankımızın əmanət portfelinin artması ənənəvi
hal alıb. Bu isə müştərilərimizin banka olan inamını göstərir. Yeri gəlmişkən,
bu yaxınlarda komandamız tərəfindən əmanət məhsulu ilə bağlı kompleks sorğu
aparıldı. Sorğunun nəticəsi bizi çox sevindirdi, belə ki əksər respondentlər əmanət
yerləşdirərkən ilk öncə AccessBank haqqında düşünürlər. Maraqlıdır ki, sorğumuzda
iştirak edənlərin əksəriyyəti bankımızın müştərisi deyil. Respondentlərin çoxu bildirib
ki, əmanət yatırarkən onlar üçün bankın dayanıqlılığı, nüfuzlu təsisçilərin
olması, şəffaf fəaliyyəti və xidmət keyfiyyəti əsas meyarlardır. Məmnuniyyətlə
qeyd etmək istərdim ki, bunların hər biri AccessBank-da var və bu səbəbdən minlərlə
əmanətçi bizi seçir. Bankın mövqeləşdirilməsi üzrə apardığımız strategiyanın planlaşdırdığımız
kimi qəbul olunmasını görmək komanda olaraq bizə çox xoşdur.
- Ümumiyyətlə,
əmanət faizləri son dövrdə necə dəyişib?
- Artıq insanlar maliyyə cəhətdən daha məlumatlıdır,
bazardakı təklifləri müqayisə edərək seçirlər. Yalnız yüksək faizə görə qərar
vermirlər. Banklar da devalvasiyadan sonra risklərə daha çox önəm verməyə
başlayıb. Artıq əmanətçiləri cəlb etmək üçün yüksək faizlər əvvəlki qədər böyük
rol oynamır.
Bundan əvvəl qeyd etdiyim faktorlar ön plana çıxıb. Qısaca, hər
iki tərəfdə müsbət tendensiyalar müşahidə olunur. Bu isə ümumilikdə ölkədəki
bank sektorunun inkişafı üçün çox faydalıdır. Əmanətlərin dövlət tərəfindən
sığortalanması da həm əmanətçilərin banklara olan inamının güclənməsi, həm də
milli valyutada olan əmanətlərin artımına müsbət təsir edib. Sorğumuzun
iştirakçılarının böyük hissəsi vəsaitlərini banklara etibar etdiklərini qeyd
edib.
-
Texnoloji yeniliklərin əmanət müştərilərinə hər hansı bir təsiri var?
- Əməliyyatların
onlayn platformaya keçməsi filialların işinə necə təsir edəcək?
- Hər
hansı yeni əmanət məhsulu buraxmaq fikriniz var?
- Biz daima əmanət portfelimizin tərkibini təhlil
edirik. Müştərilərin davranışını və onların bu və ya digər məhsullara olan tələbatını
izləyirik. Əksinə deyərdim ki, mövcud əmanətlərin şərtlərinə dəyişikliklər edərək,
az sayda lakin müştərilərə tam uyğun olan məhsullar təqdim etməyi
planlaşdırırıq. Məqsədimiz müştərinin vaxtının çox alınmamasıdır. Çox seçim
vermək həmişə yaxşı deyil. Bu səbəbdən müşahidələr və sorğular keçirərək seçim
və xidmət prosesini tezləşdirməyə çalışırıq. Təsəvvür edin ki, 10 əmanət məhsulumuz
olsa, müştəri hər birinin şərtləri ilə tanış olub qərar verməlidir. Bəzən isə
seçim yalnız bir bankın məhsulları arasında edilmir, əlavə olaraq digər
banklarla da müqayisədə aparılır. Ona görə əmanətlərimizi mümkün qədər aydın və
müştərilər üçün faydalı etməyə çalışırıq. "Pulu gətir, Polo götür” kampaniyamız
da məhz bu yanaşmaya uyğun hazırlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !