AccessBank-ın KSM layihələrində aktiv iştirakı növbəti dəfə yüksək qiymətləndirildi

14:29 | 22.11.2019
AccessBank-ın KSM layihələrində aktiv iştirakı növbəti dəfə yüksək qiymətləndirildi

AccessBank-ın KSM layihələrində aktiv iştirakı növbəti dəfə yüksək qiymətləndirildi


 
AccessBank-ın korporativ sosial məsuliyyət (KSM) layihələrində aktiv iştirakı daha bir təşkilat tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, ölkənin ən iri biznes təşkilatı olan Azərbaycan Sahibkarlar Konfederasiyası AccessBank-ı təşəkkürnamə ilə təltif edib. Təltifetmə mərasimi ASK tərəfindən təşkil edilən "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti" mövzusunda keçirilən konfrans zamanı baş tutub.

Qeyd edək ki, AccessBank ölkədə ən çox KSM layihələri həyata keçirən şirkətlərdən biridir. Cari ildə bankın KSM layihələri qadınların və uşaqların müdafiəsi, təhsil və maliyyə savadlılığı kimi sahələri əhatə edib.
 
Həyata keçirdiyimiz layihələrə verilən qiymətə görə AccessBank ASK-ya təşəkkür edir!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb