Əməkdaş və
müştərilərinin təhlükəsizliyə önəm verən "AccessBank” bu aydan etibarən mülki
müdafiə təlimlərinə start verib.
Bu dəfəki təlimlər Bankın Salyan, Cəlilabad və Lənkəran filiallarında
baş tutub. Seminarların əsas məqsədi filial əməkdaşlarını təhlükəsizlik və
ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaqdır.
"AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci
Müavini Yevqeniya Qaşikulina filial əməkdaşları ilə görüşərək, bu tip
seminarların keçirilməsinin əməkdaş və müştərilərin təhlükəsizliyi üçün
vacibliyini vurğulayıb. Xanım Qaşikulina Bankın əməkdaşlarını həmçinin işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi
münasibətilə də təbrik edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !