Hesabata əsasən, 2019-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 863
milyon manat təşkil edib. Belə ki, bankın aktivlərinin həcmində il ərzində
10.8% artım baş verib.
Həmçinin bankın xalis faiz mənfəəti 49.8 milyon manata çatıb. Bu, 2018-ci illə müqayisədə 41.7% çoxdur.
Bundan başqa, "AccessBank” 2019-cu ildə xalis mənfəətə çıxıb - 4.7 milyon manat.
2019-cu ilin 31 dekabr tarixinə əsasən, "AccessBank”ın kapitalı 94 milyon manat, subordinasiya borcu isə 22.4 milyon manat təşkil edib.
"AccessBank”ın ötən il üzrə maliyyə göstəricilərini
şərh edən Anar Həsənov bildirib:
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !