AccessBank sahibkarları biznes foruma dəvət edir

11:23 | 20.05.2019
AccessBank sahibkarları biznes foruma dəvət edir

AccessBank sahibkarları biznes foruma dəvət edir

Vergi və gömrük sahələrinə aid suallarınızın cavabını ekspertlərin dilindən eşidin!
 
Anews.az xəbər verir ki, 2019-cu ilin iyun ayının 11-də "Four Seasons" hotelində AccessBank-ın təşkilatçılığı ilə biznes forumu keçiriləcək. Sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.

Biznes forum paralel keçirilən iki paneldən ibarət olacaq. "Vergi" və "Gömrük" panellərinə qatılanlar AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə öz suallarını ünvanlaya bilərlər.

Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq və 19:00-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.

Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM