"AccessBank”ın
Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini belə şərh
edib: "Anar Həsənov Bankda 18 il fəaliyyət
göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə
çatmağımızda onun əvəzsiz rolu var. Cənab Həsənov qərar verib ki, digər yerli
bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına
hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin "AccessBank”ın
Müşahidə Şurasının adından Anar Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı
və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm.
Əminəm ki, yeni komandası Anar Həsənovun
təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. "AccessBank”
Azərbaycan bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin
edib. Hazırda "AccessBank”ın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında
mühüm vəzifələrdə işləyirlər.
"AccessBank”ın həm Baş ofis, həm də filiallarda çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir. Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. "AccessBank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm.”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !