2020-ci ilin ilk rübünün sonunda "AccessBank”ın
aktivləri 895.341 milyon manat təşkil
edib. Hazırda Bankın məcmu kapitalı 79.411 milyon manatdır, bu isə minimum məcmu
kapital normasından (50 milyon manat) 29.411 milyon manat çoxdur. Analoji dövr
üçün bankın xalis mənfəəti 2.5 milyon manat təşkil edib. Qeyd edək ki,
"AccessBank” Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun
olaraq, hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi
saytında açıqlayır.
Qeyd edək ki, "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə
lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət
göstərir.
Bankın xidmətləri
haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !