Ağdabanla bağlı beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edilib

09:50 | 07.04.2024
Ağdabanla bağlı beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edilib

Ağdabanla bağlı beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edilib

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər.
 
Məktubda deyilir:
 
"Biz - 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq Məktubla müraciət edərək ədalət tələb edirik!
 
Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.
 
Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.
 
Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbristanlığındakı məzarlar dağıdılıb, qəbristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.
 
Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.
 
Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!
 
Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.
 
Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.
 
Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!
 
İmzalar:
 
Xəlifə Hüseynov - Ağdaban sakini
Dürrə Qurbanova - Ağdaban sakini
Əliqulu Alıyev - Ağdaban sakini
Bəhman Bağırov - Ağdaban sakini
Rafiq Məhərrəmov - Ağdaban sakini
Zahid Hümbətov - Ağdaban sakini
Nəsimi Səfərov - Ağdaban sakini
Şahin Əhmədov - Ağdaban sakini
Saləddin Kərimov - Ağdaban sakini
Reyhan Qasımova - Ağdaban sakini
Təbriz Alıyev - Ağdaban sakini
Leyla Hüseynova - Ağdaban sakini
Sabay Orucov - Ağdaban sakini
Əzim Hüseynov - Ağdaban sakini
Sərvan Səfərov - Ağdaban sakini
Eyvaz Orucov - Ağdaban sakini
Tapdıq Qasımov - Ağdaban sakini
Yaşar Məmmədov - Ağdaban sakini
Ərşad Qaraşov - Ağdaban sakini
Qiyas Alıyev - Ağdaban sakini
Azər Bayramov - Ağdaban sakini
Gülarə Hüseynova - Ağdaban sakini
Qabil Məmmədov - Ağdaban sakini
Saməddin Vəliyev - Ağdaban sakini
Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai birliyi
Könül Behbudova - "Qarabağ İtkin Ailələri” İctimai Birliyi
Ayşən Hüseynova - "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi
Səriyyə Cəfərova - "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi
Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi
Ceyran Əzizova - "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi
Naibə Behbudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi
Tünzalə Abduləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyi
Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyi".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM