Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bağlı razılığı alqışlayırıq - Azərbaycan Qızıl Aypara Cəmiyyəti

21:27 | 17.09.2023

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini alqışlayır.

Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Təəssüf edirik ki, hər iki yolun eyni anda açılması ilə bağlı hələ bu il sentyabrın 1-də razılıq əldə edilməsinə baxmayaraq, bunun reallaşdırılması yalnız sentyabrın 18-də baş verəcək.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti hesab edir ki, yüklərin aparılmasının siyasiləşdirilməsi, onun qarşısının alınması yolverilməzdir. Zərurət olduğu təqdirdə, müstəqil, bitərəf təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesə istənilən dəstəyi verməyə hazırdır”, - deyə məlumatda qeyd edilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM