Şübhəli yerli polis idarəsində əlyazmalar və imzalar üzrə ekspert olubAlmaniyada Hannoverdən olan biznesmeni qətlə yetirib, meyitini doğramaqda şübhəli bilinən polis əməkdaşının məhkəməsi keçirilib.ANS PRESS-in məlumatına görə, Avropa mediasının gündəminə gəlmiş tükürpədici qətl hadisəsi, qatil və qurbanın “hanibalizm –yəni adamyeyənlərlə bağlı” çat saytında tanış olmasından sonra törədilib. Drezdendə məhkəməsi keçirilən Detlev istintaqa cəlb olunmazdan əvvəl polis idarəsində əlyazmalar, imzalar üzrə ekspert işləyib.Onun şikarını qətlə yetirdikdən sonra, bədəninin müəyyən parçalarını yeməsi ilə bağlı iddialar ortaya çıxıb. Bununla belə müstəntiqlər bu barədə heç bir tutarlı dəlilin olmadığını bildirib.Təqsirləndirilən şəxsin vəkili, hadisəni intihar kimi qələmə verərək, biznesmenin əslində öz həyatına qəsd etdiyini və müvəkkilinin xasiyyəti və təbiətini nəzərə alaraq onun qətl törətməsinin mümkünsüz olduğunu deməyə çalışıb.Qeyd edək ki, 59 yaşlı biznesmenin meyiti ötən il Detlevin həbsindən sonra Drezden şəhərinin cənubunda torpağa basdırılmış şəkildə tapılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !