Ağdamda 2 minaatan qurğu tapılıb - DİN

08:47 | 18.04.2024
Ağdamda 2 minaatan qurğu tapılıb - DİN

Ağdamda 2 minaatan qurğu tapılıb - DİN

Ağdamdın Yeni Qaralar kəndində 2 minaatan qurğu tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. 
 
"Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər", - məlumatda deyilir. 
 
Bir neçə gün öncə Daxili İşlər Nazirliyi Cəbrayılda da 20 ədəd tank və piyada əlehinə mina aşkarlamışdı. 
 
Son 1 həftə ərzində işğaldan azad olunmuş ərazilərdə 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM