APA-nın yerli bürosunun xəbərinə görə, partlayış rayonun Quzanlı qəsəbə sakini Nuriyev Alim Aləm oğluna məxsus evdə baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış sonradan yanğınla müşahidə olunub. Nəticədə A.Nuriyevin həyat yoldaşı, 1992-ci il təvəllüdlü rayon sakini Röyalə Nuriyeva yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !