Ağdamda iki nəfər minaya düşərək ölüb

13:19 | 16.03.2023
Ağdamda iki nəfər minaya düşərək ölüb

Ağdamda iki nəfər minaya düşərək ölüb

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Azərbaycanda İkinci Qarabağ Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfəri mülki şəxs, 154 nəfəri isə hərbi qulluqçu olub.
 
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb.
 
ANAMA-dan verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM