Ağdam sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

10:55 | 17.06.2021
Ağdam sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Ağdam sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

 İyun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.


Bu barədə Anews.az-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.


Aparılan araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.


Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.


Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
 -------------------
Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Bu barədə Anews.az-a Ağdam Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.

Cəsarət Hətəmxanovun nəşi Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək

Faktla bağlı araşdırma aparılır.

Ağdamın Seyidli kənd sakini Cəsarət Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən Cəsarət Hətəmxanovla əlaqə itib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM