Ağdamda mina partlayıb - Yaralı var

12:08 | 03.03.2024
Ağdamda mina partlayıb - Yaralı var

Ağdamda mina partlayıb - Yaralı var

Bu gün Ağdamın Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu haqda Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM