Ağdamda Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti dayandırılır

13:58 | 18.04.2024
Ağdamda Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamda Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti dayandırılır.  Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk deyib.

"Hazırda bütün tərəflərin iştirakı ilə monitorinq mərkəzinin fəaliyyətinin başa çatdırılması istiqamətində işlər aparılır”,  -  Aktürk bildirib.

Rusiya-Türkiyə birgə monitorinq mərkəzi Türkiyə ilə Rusiya arasında bağlanan  memorandum əsasında 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir. 
 
Noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayıb.
 
Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Qarabağa təsir etməyəcəyini bildisələr də noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif edib.
 
Türkyə parlamenti ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqləyib. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verilib və monitorinq mərkəzinin yaradılması prosesinə start verilib.
 
Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılmasına qərar verilib.  
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM