Ağdamda Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına start verilib.
Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən tədbirin açılış hissəsində çıxış edənlər Azərbaycanın milli musiqisinin və operanın banisi, dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söz açıb, onun Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıblar.
Festivalda Fikrət Əmirov adına xalq çalğı və rəqs ansamblının ifasında musiqi əsərləri səsləndirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !