Ağdam sakinləri Yusifcanlı və Bayramlı kəndinin ermənilərdən azad edildiyi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər.Bu barədə rayon sakinləri Musavat.com-un Ağdama ezam olunmuş müxbirinə məlumat veriblər. Sakinlər bildirib ki, bu gün gecə saatlarında düşmənlə təmas xəttində hər hansı bir qarşıdurma qeydə alınmayıb və ölkə mediasında ermənilərin işğal etdiyi Yusifcanlı və Bayramlı kəndlərinin ordumuz tərəfindən azad olunması xəbəri yalandır. Təzəkənd kəndində ermənilərlə təmas xəttinə yaxın polis postuna nəzarət edən Tərtər rayon Polis Şöbəsinin əməkdaşı saytımıza yayılan şayiələrlə bağlı belə deyib:“Bakıda nə baş verir bilmirəm, amma bu gün sakitlik olub və atəşkəs pozulmayıb. Bakıda deyirlər ki, guya Yusifcanlı və Bayramlı kəndləri azad olunub. Orda istədikləri məlumatı yayırlar, amma bu düz deyil. Nə biz ora keçmişik, nə də onlar bizə tərəf gəliblər. Yəni deyilənlər düz deyil”.Xatırladaq ki, bir sıra saytlarda ermənilərin Ağdamın Yusifcanlı və Bayramlı kəndlərini boşaltdıqları barədə xəbərlər yer alıb. Hətta bəzi müxbirlər sosial şəbəkədə paylaşdığı şəklin Yusifcanlıda çəkdiyini iddia edib. *****Ağdamın Yusifcanlı kəndi də ordumuz tərəfindən işğaldan azad edilib. Bir neçə saat əvvəl Ağdam rayonunun Bayramlar kəndinin ordumuz tərəfindən işğaldan azad olunduğunu xəbər vermişdik. Artıq Ağdamın işğal altında olan daha bir kəndinin azad edilməsi haqqında məlumat var. Belə ki, ölke.az-ın cəbhə bölgəsinə ezam olunan muxbiri bildirir ki, əvvəllər ermənilərin nəzarətində olan Yusifcanlı kəndinin yaxınlığındakı bizə məxsus mövqe və gözətçi postu ərazidə növbə çəkən əsgərlərimizin irəliləməsi nəticəsində boşalıb. Hadisəni yerində araşdırmaq üçün əraziyə yollanan müxbir yayılan xəbərin doğru olduğunu görüb. Əvvəllər ermənilərin intensiv atəşi altında olan əraziyə sanki sükut çöküb. Ordumuzun əsgərlərinin köhnə postdan Yusifcanlıya doğru yerləşən daha iki erməni postunu ələ keçirdiyi və Yusifcanlını azad etdiyi bildirilir. Yusifcanlıya bir neçə yüz metr qalmış ordumuzun əsgərləri müxbiri daha irəli buraxmayıblar. Hərbi sirri yaymamaq məqsədi ilə əsgərlərimizin görüntüsünü sayta yerləşdirmirik. Müxbirin Yusifcanlıdan hazırladığı fotoreportajda tam olaraq ermənilərin nəzarətində yerləşən Qarqarçayın qurumuş yatağı artıq tam olaraq bizim nəzarətimizdədir. Müxbir həmin görüntüləri Qarqarçayı rahat surətdə keçərək çəkib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !