Ağdaşda kanala düşən maşın yandı

10:00 | 05.10.2014
Ağdaşda kanala düşən maşın yandı

Ağdaşda kanala düşən maşın yandı

Ağdaşda avtomobilin kanala düşərək yanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 30 km aralı Ağzıbir kəndində baş verib. Məlumata görə, kənd ərazisində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində kanala düşüb. Nəticədə avtomobildə olan qaz balonu alışıb, avtomobil yanğından mühafizə olunub. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM