Ağdərə rayonunda evdə yanğın olub
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !