Adidasdan yenilik...

15:15 | 15.11.2019
Adidasdan yenilik...

Adidasdan yenilik...

Adidas firması yeni Futurecraft. loop modelini sərgiləyib.
 
İdman ayaqqabılarının təkimilləşdirilməsində çətinlik onun müxtəlif materiallardan – rezin, polimer, poliester, dəri və parçalardan hazırlanmasındadır. Bu materialların birgə işlənməsi çətinlik yaradır.
 
Futurecraft. Loop isə bütünlükdə polimerdən hazırlanacaq. Bu material termoplastik poliuretandır və 3d texnologiyasına əsaslanır.
 
Yeni model peşəkar qaçış yarışları üçün nəzərdə tutulub. Bununla belə, həvəskərlar da istifadə edə bilərlər.
 
Ayaqqabı dünya üzrə 200 nəfər idmançı tərəfindən sınaqdan keçirilib.  Lakin istehsalı hələ başlanmayıb.
 
Modelin 2021-ci ilin yazında satışa çıxarılacağı bildirilib. Qiyməti isə açıqlanmayıb.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb