Əmanətlərin Sığortalanması
Fondu bildirir ki, ləğv prosesində olan "Atabank”
ASC, "AG Bank” ASC və "NBC Bank” ASC-də maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin
artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət
statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin
dayandırılmasına dair təshih tədbirləri tətbiq edilmişdir.
Təshih tədbirlərinin
tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul
olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi
yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata
keçirilməsi müəyyən olunmuşdur.
Bundan əlavə,
"Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv
prosesində olan "Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin
reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət
kimi qeydə alınmışdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !