Adil Qeybulla: Bu dərmanın satışı qadağan olunmalıdır

15:01 | 24.12.2013
Adil Qeybulla: Bu dərmanın satışı qadağan olunmalıdır

Adil Qeybulla: Bu dərmanın satışı qadağan olunmalıdır

“Korvalol”un Azərbaycanda da satışı qadağan olunmalıdır. Bu cür dərman preparatlarının qadağan olunması məsələsinə yalnız Dünya Səhiyyə Təşkilatı (DST) ayrı-ayrı ölkələrin təcrübəsinə əsaslanaraq müəyyən qərarlar verə bilər. Bunu Modern.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib. “Vaxtilə başqa dərman preparatları ilə də qadağanedici qərarlar verilmişdi. İndi də “Korvalol” ətrafında mübahisə gedir. Səbəbi “Korvalol”un narkotik tərkibli, yəni dərman preparatlarının asılılıq yarada bilən inqridientlərin olmasıdır. Yeri gəlmişkən, onun orqanizmə əks-təsiri həddən artıq çoxdur. Buna görə də indi “Korvalol” bir sıra ölkələrdə qadağan olunur. Azərbaycanda da sözügedən dərman preparatının qadağan edilməsi mütləq deyil. Amma məncə, ölkəmizdə də “Korvalol”un yasaq edilməsi daha düzgün addım olardı”.Qeyd edək ki, hazırda bir sıra ölkələrdə ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilən “Korvalol”un satışı yasaqlanır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM