“Adnan Oktar 95 yaşında azadlığa çıxacaq” – Vəkildən açıqlama

19:30 | 13.01.2021
"Adnan Oktar "9803 il həbs cəzası alsa da 95 yaşında azadlığa çıxacaq”.

Bu barədə vəkil Mahir İşıkay açıqlama verib.

Vəkil qeyd edib ki, mövcud Türkiyə qanunlarına görə, Adnan Oktar 30 ildən çox həbsdə qala bilməz:
"İşlənən cinayətlərin tarixinə nəzər salmaq lazımdır. Bu çərçivədə İcra Qanununun qaydaları dəyişə bilər. Ancaq nə olursa olsun, Adnan Oktarın həbsdə qalacağı ümumi müddət mövcud qanuna görə 30 ildən çox ola bilməz”.
 
Məlum olduğu kimi, bir neçə gün öncə İstanbul Ağır Cəza Məhkəməsi 65 yaşlı Adnan Oktara 1075 il həbs cəzası versə də, sonradan bu cəza 9803 il 6 ay həbs və 400 min lirə pul cəzası ilə əvəz edildi.

Qeyd edək ki, "Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, "A9” televiziya kanalının sahibi Adnan Oktar 2019-cu ildə cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunaraq, həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda "Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə, Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib. musavat.com

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal