Adnan Oktarın keçmiş "kediciyi" ərə getdi - FOTO

09:45 | 13.02.2019
Adnan Oktarın keçmiş

Adnan Oktarın keçmiş "kediciyi" ərə getdi - FOTO

Adnan Oktar məsələsinin istintaqı çərçivəsində əməliyyatdan əvvəl prokurorluğa önəmli məlumatlar verən Ceylan Özgül və Ümit Kuruca ailə qurub.
Anews.az ölkə.az-a istinadən bildirir ki, cütlük İstanbulun Üsküdar nikah dariəsində evləniblər.
Ceylan və Ümit nikahda iştirak edənlərə üzərində "Bu xoş günümüzdə bizimlə birlikdə olduğunuz üçün çox təşəkkür edirik. Bu tingi əkməyiniz və sevgi ilə yetişdirməyiniz diləyi ilə" yazısı olan zeytun ağacının tingini hədiyyə ediblər.
Ceylan Özgül 1980-ci ilin 27 avqust tarixində dünyaya gəlib. "Uğur" kollecini bitirən Ceylan imkanlı ailənin övladıdır. İstanbul universitetindən məzun olub. Atası elektrik mühəndisidir və Ceylan əslən Balıkesirdəndir.
2007-ci ildə atası Feridun Özgül qızını Adnanın qruplaşmasından xilas edib və Balıkesirə aparıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb