ADU-da alman dilində natiqlik müsabiqəsi keçirildi - FOTOLAR

22:36 | 13.05.2016
ADU-da alman dilində natiqlik müsabiqəsi keçirildi - FOTOLAR

ADU-da alman dilində natiqlik müsabiqəsi keçirildi - FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Magistratura və doktorantura fakültəsinin 104 MA qrup magistrantı Pitimat Qazaxovanın təşəbbüsü və təşkilatçılığı ilə "Beste Sprecher auf Deutsch” ("Alman dilində ən yaxşı danışanlar”) adlı alman dilində natiqlik müsabiqəsi keçirildi.
 
 
Tədbirdə ADU-nun Alman dili kafedrasının müdiri, dosent Elxan Yusifov, Bakı Slavyan Universitetinin (BSU) Alman filologiyası kafedrasının müdiri, həmin universitetin Germanistika İnstitutunun rəhbəri, dosent Sevinc Rzayeva, hər iki universitetin professor-müəllim heyəti və tələbələri, həmçinin Almaniyanın müvafiq qurumlarının mütəxəssisləri iştirak edirdi.
 
 
Müsabiqədə müxtəlif mövzularda alman dilində təqdimatla çıxış edən tələbələrin arasından münsiflər heyətinin qiymətləndirməsi nəticəsində qaliblər müəyyənləşdirildi. Nəticələrə əsasən, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Hindşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Aysel Fərzəliyeva birinci yerə layiq görüldü.
 
 
Alman dili kafedrasının müdiri, dosent Elxan Yusifov rəhbərlik etdiyi kafedranın fəaliyyəti haqqında məlumat verdi. O, tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirdi və uğurlar arzuladı.
 
 
Sonda qaliblər mükafatlandırıldı və iştirakçı tələbələrə sertifikatlar təqdim olundu.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM