Birləşmə ADU-nun Elmi Şurasının qərarına əsasən olub.
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.
Bu barədə "Report”a ADU-nun İnformasiya Departamentindən məlumat verilib.
İki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !