ADU-da Novruz bayramına həsr olunmuş satış-sərgi keçirildi - Fotolar

20:10 | 17.03.2016
ADU-da Novruz bayramına həsr olunmuş satış-sərgi keçirildi - Fotolar

ADU-da Novruz bayramına həsr olunmuş satış-sərgi keçirildi - Fotolar

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində adıçəkilən kompleksin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin birgə təşkilatçılığı ilə "Novruz” adlı satış-sərgi keçirildi.

Sərginin əsas məqsədi Azərbaycanın milli bayramı olan "Novruz”un atributlarını, ölkəmizin sənətkarlıq ənənələrini əks etdirən əl işlərini nümayiş etdirmək, qədim tarixi köklərə və zəngin ənənələrə malik olan Azərbaycan dekorativ tətbiqi sənətinin müasir formalarını sənətsevərlərə nümayiş etdirməkdən ibarət idi. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin müəllimləri, tələbələri və əməkdaşları öz əl işlərini nümayiş etdirdilər.

Nümayiş olunan əsərlər müxtəlif üslub və texnologiyaları özündə əks etdirirdi. Sərgidə təxminən hər bir tələbə və gənc rəssamın öz bədii-estetik baxışlarını əsərlərin orijinallığı ilə vəhdətdə təqdim etdikləri 200-ə yaxın əl işi nümayiş olundu. Nümayiş olunan əsərlər keramika, şüşə, zərgərlik, rəngkarlıq, qrafika, xalça və digər sənət sahələrini əhatə edirdi.

Sərgidə qonaqlar Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin tətbiqi sənət ustası Azər Səfərovun təqdimatında milli Azərbaycan musiqisinin müşayiəti ilə əl işlərindən zövq aldılar.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM