ADU-da təhsil ekspertləri, QHT, KİV və valideynlərin iştirakı ilə mediatur keçirildi - Fotolar

15:54 | 10.06.2016
ADU-da təhsil ekspertləri, QHT, KİV və valideynlərin iştirakı ilə mediatur keçirildi - Fotolar

ADU-da təhsil ekspertləri, QHT, KİV və valideynlərin iştirakı ilə mediatur keçirildi - Fotolar

İyunun 10-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün monitorinq  keçirildi.
 
2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-alman dili), Regionşünaslıq və Beynəlxalq münasibətlər, Magistratura və doktorantura fakültələrində keçirilən monitorinqdə bir sıra QHT və KİV təmsilçiləri, təhsil ekspertləri və valideynlər iştirak etdilər. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert Nadir İsrafilov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin nümayəndəsi, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, həmçinin televiziya kanalları, qəzet, xəbər saytları və digər media nümayəndələri, eyni zamanda tələbələrin valideynləri monitorinqdə iştirak edirdilər.

 Sonra QHT, təhsil ekspertləri və media nümayəndələrinin iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirildi. Təhsil ekspertləri və tələbələr imtahan prosesinin gedişi ilə əlaqədar öz fikirlərini media nümayəndələri ilə bölüşdülər.

İzləmə prosesindən sonra qonaqları qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onları universitetdə görməkdən məmnun olduğunu bilidirdi. O, birgə fəaliyyətin obyektivliyin və şəffaflığın genişlənməsinə, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdırdı. 

Sonra çıxış edənlər imtahan prosesinin müvafiq qaydalara uyğun baş tutduğunu qeyd etdilər, İctimai Nəzarət Şurasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirərək ictimai nəzarətin tədris sisteminin bütün komponentlərini əhatə edərək bu sahədə əldə olunacaq nailliyyətlərdən danışdılar. İctimai Nəzarət Şurasının üzvləri Şura üzvləri ilə tələbələrin qarşılıqlı və mütəmadi əlaqədə olmalarına şərait yaradılması kimi təkliflər səsləndirdilər.

Daha sonra təhsil müəssisəsində ictimai iştirakçılıq və nəzarətin daha da gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi ilə ADU İctimai Nəzarət Şurasına üzvlər seçildi. İctimai Nəzarət Şurasına Azərbaycan Təhsil şurasının sədri, professor Əjdər Ağayev, təhsil üzrə ekspert Nadir İsrafilov,  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, modern.az saytının rəhbəri Elşad Eyvazlı, "Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, Respublika qəzetinin əməkdaşı Mehparə Əliyeva, "Ədalət” qəzetinin müxbiri Sübhan Mahmudov, anspress.com saytının müxbiri Nabat Cəfərova,  "Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Süleymanov, ADU THT-nin sədri Aytəkin Mehdiyeva, tələbələr Ramin Həbibzadə və Nural Əhmədli üzv seçildilər.
 
Müzakirələrdən sonra üzvlərin iştirakı ilə İctimai Nəzarət Şurasına Əliməmməd Nuriyev sədr, Vasif Mövsümov və  Nadir İsrafilov sədr müavini, Elşad Eyvazlı isə elmi katib seçildi.

Xatırladaq ki, "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ADU-nun 8 iyun 2016-cı il tarixli "Elmi Şura”sının qərarı ilə, ADU-da İctimai Nəzarət Şurası yaradılıb. 

Qeyd edək ki, 01 iyun 2016-cı il tarixindən Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verildi. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə mayın 6-da 33 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, yay imtahan sessiyası əyani şöbədə 01 iyun 2016-cı il tarixindən 07 iyul 2016-cı il tarixinədəkdir. Qiyabi şöbədə isə sessiya müddəti 01 iyun 2016-cı ildən 07 iyul 2016-cı ilədək müəyyən edilsin. Yay imtahan sessiyası 7 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura) əyani şöbələrində aparılır. Yay imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
 










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM