ADY 2022-ci ildə nə qədər yük daşıyıb? - RƏQƏMLƏR

16:07 | 09.02.2023
ADY 2022-ci ildə nə qədər yük daşıyıb? - RƏQƏMLƏR

ADY 2022-ci ildə nə qədər yük daşıyıb? - RƏQƏMLƏR

"Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ildə 2021-ci ilə nisbətən yarım milyon tondan çox artımla yük daşıyıb. Bu barədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun (TBNM) Beynəlxalq Assosasiyasının Qazaxıstanda keçirilən iclasında qeyd edilib.
 
Bildirilir ki, 2022-ci ildə  Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi) marşrutu üzrə 3,9 milyon ton yük daşıyıb.

Belə ki, 2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil edib.
 
2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3.9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2.9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 % artım qeydə alınıb.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 % təşkil edib.
 
2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb.

Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM