"Bakı-Pirşağı-Sumqayıt" xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açılıb. Bu barədə Azərbaycan Dəmir Yolları ASC məlumat yayıb.
"Şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir”, - məlumatda bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !