ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir

23:03 | 03.01.2025
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir

ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə təqribən 10 saata çatırdı.

Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur.

Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz "Wi-Fi” xidmətindən yararlana bilərlər.
Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb. Stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM