• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

ADY COP29 günlərində gücləndirilmiş rejimində fəaliyyət göstərəcək

ADY COP29 günlərində gücləndirilmiş rejimində fəaliyyət göstərəcək
08.11.2024 10:17
"Azərbaycan Dəmir Yolları” QSC (ADY) iş və istirahət günləri,həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

ADY-dən bildirilir ki,sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanır.Qatarlar noyabrın 11-dən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək 17 və 24 noyabr tarixlərinə təyin edilir. Qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı–Ağstafa–Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Cəmiyyət 14:59
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Cəmiyyət 14:49
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 14:15
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Cəmiyyət 13:40
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
Cəmiyyət 13:16
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur
Cəmiyyət 12:52
“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol