AEBA rəhbəri İran prezidenti ilə görüşəcək

13:00 | 17.01.2016
AEBA rəhbəri İran prezidenti ilə görüşəcək

AEBA rəhbəri İran prezidenti ilə görüşəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) rəhbəri Yukia Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək. APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, görüşün bu gün, yanvarın 17-də, Tehranda  baş tutacağı gözlənilir.
 
Tərəflər Tehranın nüvə sahəsində üzərinə götürdüyü  öhdəliklərin verifikasiyası (tələblərin yerinə yetirildiyinin təsdiqlənməsi proseduru) və monitorinqində AEBA-nın rolunu müzakirə edəcəklər.    
 
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub. 
 
Qeyd edək ki, AEBA  hesabatı təqdim etdikdən  sonra ABŞ prezidentiBarak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.
 
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerinidə Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM