Aeroport yolunun bir hissəsi bağlanır

11:00 | 27.06.2014
Aeroport yolunun bir hissəsi bağlanır

Aeroport yolunun bir hissəsi bağlanır

Bu gün Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzNews.az-a bildirib ki, Aeroport şosesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.
"Buta Palace"-dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.
Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür