Aeroportda silahlı şəxs ələ keçirildi

10:09 | 19.11.2022
Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən "Makarov” tipli tapança götürülüb. 
 
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 
 
Silah "Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.
 
Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM