Aeroportlarda narkotiki necə keçirirlər: Narkokartel üzvləri ilə həbsxanada yatan şəxs danışdı

22:12 | 01.10.2019
Aeroportlarda narkotiki necə keçirirlər: Narkokartel üzvləri ilə həbsxanada yatan şəxs danışdı

Aeroportlarda narkotiki necə keçirirlər: Narkokartel üzvləri ilə həbsxanada yatan şəxs danışdı

Filippində həbs həyatı yaşamış Rusiya vətəndaşı Yuri Kirdyuşkin aeroportlarda narkotikin necə keçirilməsi haqda maraqlı şeylər danışıb.

Maraqlıdır ki, rus Manilada məhz qadağan olunmuş maddəyə görə həbs edilmişdi.

Bizimyol.info xəbər verir ki, Kirdyuşkin artıq azadlıqdadır. O, uyğun sənədləri hazırlamağa çalışır ki, Filippini tərk etsin. Buna baxmayaraq, Rusiya vətəndaşı aeroportda narkotiki keçirmək üçün hansı metoddan istifadə olunmasından danışmağa çəkinməyib.
Kirdyuşkin həbsxanada Meksika narkokartellərinin münayəndələri ilə birlikdə həbs həyatı yaşayıb. Onlar Yuriyə aeroportlarda hansı metodlardan istifadə etdiklərini danışıblar. Sən demə, narkokartel üzvləri hava limanlarının işçiləri ilə əməkdaşlıq edirlər. Kirdyuşkin deyir ki, aeroportlarda çemodanlar təsadüfən itmir. Bunu bir çox hallarda səhnələşdirirlər. Çemodan itir, sonra bunun içində narkotik maddə keçirilir. Bəs narkokartel üzvləri necə "ilişir”? Sadəcə, ona görə ki, polis hesabat verməlidir, buna görə hərdən həbslər də olmalıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb