Ötən həftə prezident İlham Əliyevin mədəniyyət və incəsənət adamları ilə görüşü olduqca maraqlı məqamlarla yadda qalıb. Xalq artistlərinin çıxışları, onların təmsil etdiyi qrumların, özlərinin və ətrafındakıların problemlərini prezidentə çatdırması maraqlı məqamları ortaya çıxarıb.
Bizimyol.info keçirilən görüşlə bağlı maraqlı məqamlar əldə edib. Məlum olub ki, prezidentlə keçirilən görüşdə bir çox önəmli xalq artistləri, təşkilat rəhbərləri protokoldan kənar çıxış edib. Çıxışı ən çox müzakirələrə səbəb olan və bir neçə gündür sosial şəbəkələrdə dəstəklənən xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da protokoldan kənar danışıb. Kadrlardan da göründüyü kimi heç bir dividentə sahib olmayan Mehriban Zəkinin protokola daxil edilərək kino haqda danışması bu qrumun sədri Şəfiqə Məmmədovanı hərəkətə gətirib. Mikrofondan uzaq olduğu üçün xalq artisti Bakı Müsiqi Akademiyasının rektoru Fərhad Bədələbəyli ilə yerini dəyişir və istəyinə nail olaraq bütün sözlərini Prezidentə çatdırır.
Afaq Bəşirqızını danışmağa vadar edən isə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın çıxış edərək heç kimin xahiş etməməsini bildirməsi olub. Bu çıxışdan sonra xalq artisti Afaq Bəşirqızı mikrofonların yanında olan siyahıya baxır və danışığı nəzərədə tutulmadığını görüb birbaşa mikrofonu yandırır, o da öz sözlərini və problemləri prezidentə çatdırır. Onların bu addımı zalda təəccüblə qarşılanır.
Protokoldan kənar çıxış etmələrinə baxmayaraq, prezident İlham Əliyev onların təkliflərini qəbul edib və bu istiqamətdə bütün tapşırılarını verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !