Afət Telmanqızının ölən qardaşı arvadı ilə bağlı xəbər

11:52 | 23.12.2013
Afət Telmanqızının ölən qardaşı arvadı ilə bağlı xəbər

Afət Telmanqızının ölən qardaşı arvadı ilə bağlı xəbər

Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinın səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən oktyabrın 25-də dünyasını dəyişən 26 yaşlı Pərvinə Hüseynovanın ölüm işi ilə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən aparılan araşdirma başa çatıb.ANN.Az  Modern.az-a istinadən xəbər verir ki, mərhumun baldızı, telejurnalist Afət Telmanqızı məlumat verib.O, bildirib ki, iş üzrə müstəntiq İsmayıl Abıyevdən alınan məlumata görə, həkimlər, o cümlədən mərhumənin yaxınları dindirilib və iş üzrə Məhkəmə Tibbi Ekspertiza təyin olunub. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 20 gün ərzində ölümün səbəbi ilə bağlı prokurorluğa rəy verəcək.Hazırda Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında da ana ölümü ilə bağlı araşdırma gedir. Ölüm işi Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi və Baş Prokurorluğun xüsusi nəzarətindədir.Ümid edirik ki, 1 körpəni anasız qoyanlar qanun, həm də vicdanları qarşısında cavab verməli olacaqlar. Xatırladaq ki, Pərvinə Hüseynova keysəriyyə əməliyyatından sonra qan itirmə və bədənindən çıxarılmayan cift qalıqlarınin verdiyi zəhərlənmə nəticəsində dünyasını dəyişib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM