AFFA 4-cü əvəzetmə üçün FIFA-ya müraciət etdi

23:30 | 05.05.2020
AFFA 4-cü əvəzetmə üçün FIFA-ya müraciət etdi

AFFA 4-cü əvəzetmə üçün FIFA-ya müraciət etdi

AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. 

Bu barədə "Report"a Assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. 

Hələ müraciətə cavab verilmədiyini deyən milli assosiasiya rəsmisi ali futbol qurumunun yaxın günlərdə öz mövqeyini bildirəcəyinə əminlik ifadə edib. O, belə addımı futbolçuların fiziki baxımdan çətinliklərlə üzləşməməsi üçün atdıqlarını əlavə edib.  

F. Abdulla çempionat bərpa ediləcəyi təqdirdə, oyunların yay aylarında təşkil ediləcəyini nəzərə alaraq, bu istəklə çıxış etdiklərini vurğulayıb. Onun sözlərinə görə, belə bir şəraitdə qarşılaşmaların axşam saatlarında təşkili qaçılmaz olacaq. Üstəlik, futbolçuların fiziki baxımdan çətinliklərlə üzləşmə ehtimalı böyükdür. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb