AFFA bu klubları CƏRİMƏLƏDİ

14:25 | 21.12.2021
AFFA  bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA  Azərbaycan Kubokunun 1/8 final mərhələsi və Premyer Liqanın XIV tur qarşılaşmalarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarıb və klubları cərimələyib. 
 
Cərimələnən klubların siyahısını təqdim edirik:
 
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – "Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2);
 
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 62.1);
 
MOİK klubunun futbolçusu Elşən Veysov "kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
 
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
 
1/8 final mərhələsinin "Zaqatala” – "Səbail” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
 
Premyer Liqanın XIV turunun "Qəbələ” – "Neftçi” oyununda "Qəbələ” klubunun futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
 
"Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
 
XIV turun "Sumqayıt” – "Keşlə” oyununun 80-ci dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançayaa kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);
 
XIV turun "Qarabağ” – "Zirə” oyununda "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM