AFFA daha 3 futbolçunu cəzalandırdı

14:49 | 03.12.2013
AFFA daha 3 futbolçunu cəzalandırdı

AFFA daha 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanovu 2 oyunluq cəzalandırıb. 

ANN.Az-ın məlumatına görə, gənc hücumçu AZAL-la Topaz Premyer Liqasının XV tur matçının 86-cı dəqiqəsində rəqibə qarşı təhqiredici hərəkətə yol verib.

 

Birbaşa qırmızı vərəqə alan Ramazanov həm də klubunu 2000 manat ziyana salıb.

 

Bu matçın 56-cı dəqiqəsində isə AZAL-ın futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. Arseniyeviç 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Paytaxt klubu daha 1000 manat cəriməni 5 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

 

“Rəvan”ın futbolçusu Rəşad Abdullayevə də cəza kəsilib. O, “Qəbələ” ilə matçın 85-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Abdullayev 1 oyunluq diskvalifikasiyaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

Nəhayət, “Qarabağ” 4 futbolçusunun “Simurq”la görüşdə sarı vərəqə alması üzündən 1000 manat ziyana düşüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM