AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda “Neftçi” klubunun futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub: AFFA-nın İntizam Komitəsinin “Neftçi” PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu Flavio Aleks Valensio intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Flavio Aleks Valensio analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. Qeyd edək ki, braziliyalı futbolçu "İnter"lə oyunda etdiyi kobudluğa görə, qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !