• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

AFFA hakimi təhqir edən üç futbolçunu cəzalandırdı

AFFA hakimi təhqir edən üç futbolçunu cəzalandırdı
10.12.2013 14:03

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Tədbirdə İK Azərbaycan kubokunun 1/8 finalında və Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan kubokunun 1/8 final "İnter" - "Şuşa" matçının 84-cü dəqiqəsində "Şuşa" klubunun futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Araz Naxçıvan" - "Simurq" matçında "Araz Naxçıvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Simurq" klubunun futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Qarabağ" - AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Qaradağ Lökbatan" - "Rəvan" matçının 36-cı dəqiqəsində "Qaradağ Lökbatan" klubunun futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Mil-Muğan" - "Qəbələ" matçının 11-ci dəqiqəsində "Mil-Muğan" klubunun futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Qəbələ" - "Simurq" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Qarabağ" - "Neftçi" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "İnter" - "Xəzər Lənkəran" matçının 43-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Bakı" matçının 90+2-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Sumqayıt" klubunun futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 8000 manat cərimə olunub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
İdman 20:55
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
"Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
İdman 17:49
"Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
UEFA Azərbaycan klublarına ödəniş edib
İdman 23:22
UEFA Azərbaycan klublarına ödəniş edib
III MDB Oyunları bu tarixdə keçiriləcək
İdman 20:26
III MDB Oyunları bu tarixdə keçiriləcək
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol