Bu məsələ AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında müzakirəyə çıxarılıb. Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq onun namizədliyi təsdiqlənib.
"Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb", - xəbərdə bildirilib.
Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !