AFFA iki klubu cərimələyib

15:44 | 20.12.2017
AFFA iki klubu cərimələyib

AFFA iki klubu cərimələyib

AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb.

AzVision.az-ın məlumatına görə, "Neftçi” – "Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

90+4-cü dəqiqədə isə "Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb. 

Bundan başqa "Qarabağ"la ev oyununun 90-cı dəqiqəsində "Sumqayıt” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM