Topaz Premyer Liqasında 32-ci turun oyunlarından sonra AFFa İntizam Komitəsi növbəti iclasını təşkil edib. ANN.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,“Neftçi” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq , klub isə 200 manat cərimə olunub.Oyun 90-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.
Bizi sosial şəbəkələrdə izləyin !