AFFA komandaları cərimələyib

15:07 | 03.10.2024
AFFA komandaları cərimələyib

AFFA komandaları cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan premyer liqasına daxil olan klebları cərimələyib.  Bu barədə AFFA məlumat verib. 

Azərbaycan Premyer Liqasının VIII turunda baş turtan "Araz Naxçıvan” – "Səbail” oyununda "Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail” komandası 700 manat cərimələnib. 
 
Liqanın VIII turunda "Neftçi” – "Sumqayıt” oyununda "Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün  "Sumqayıt” komandası 700 manat cərimə olunub. 

Şamaxı komandasının 4 futbolçusu Azərbaycan Premyer Liqasının VIII turunda "Şamaxı” – "Turan Tovuz” oyununda sarı vərəqə aldığına görə, komanda 700 manat cərimələnib. 

Azərbaycan Premyer Liqasının VIII turunun "Şamaxı” – "Turan Tovuz” oyununda "Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığından "Turan Tovuz” komandası 700 manat cərimə edilib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM