“AFFA-dan təklif almışam, hazırda danışıqlar gedir, 1-2 günə hər şey dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına Mirbağır İsayev deyib.39 yaşlı mütəxəssis 17 yaşadək futbolçulardan ibarət milli komandamıza rəhbərlik etmək üçün AFFA-dan təklif alıb. O, əməkdaşımızla söhbətində rəsmi müqavilə bağladıqdan sonra ətraflı danışa biləcəyini söyləyib: “Məsələ rəsmiləşsin, ətraflı danışarıq. Bircə onu deyə bilərəm ki, müqavilə bağlasaq, yanvarın 8-də komandanı ilk təlim-məşq toplanışına çıxardacağam”.“Neftçi”nin əvəzedici heyətində və müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çalışmış İsayev “Abşeron”u yüksək liqaya çıxaran məşqçidir. Onun sonuncu iş yeri “Kəpəz” olub.Qeyd edək ki, U-17-ni son olaraq almaniyalı Nikolay Adam çalışdırıb. Lakin o, bundan sonra U-19-a rəhbərlik edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !